Bakıda gimnastika üzrə Dünya Kuboku start götürüb
Üç gün davam edəcək yarışda 41 ölkədən idmançılar mübarizə aparacaq
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku start götürüb.
Üç gün davam edəcək yarışda 41 ölkədən idmançılar mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda Zöhrə Ağamirova və Kamilla Qafarova, qrup hərəkətlərində isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Qummətova, Yelizaveta Luzan və Daria Sorokina təmsil edirlər.