Gənc boksçularımız 8 qızıl medal qazanıblar
Rusiyada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş məktəblilər arasında beynəlxalq turnir keçirilib

Azərbaycan Boks Federasiyası: Rusiyanın Belebəy şəhərində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş məktəblilər arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan boksçuları 8 qızıl medal qazanıblar.
Komandanın heyətində Onur Qurbanov (38 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq) və Yusif Ağakişiyev (80 kq) qalib olublar.