XƏBƏRLƏR / İdman

Azərbaycanın U-16 basketbol millisi finala yüksəlib

Bu dəfə yığmamız Albaniya ilə qarşılaşıb

Azərbaycanın U-16 basketbol millisi finala yüksəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi bu gün Avropa çempionatının C divizionunda yarımfinal görüşünə çıxıb.

    Albaniya ilə qarşılaşan yığmamız 92:62 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

    Qeyd edək ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyib.