XƏBƏRLƏR / İdman

Türkiyə millisi Avropa çempionatına qələbə ilə başladı

Ay-ulduzlular” ilk oyunda Gürcüstan yığması ilə qarşılaşıb

Türkiyə millisi Avropa çempionatına qələbə ilə başladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə millisi Almaniyada təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.

    “Ay-ulduzlular” F qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşıb. Görüş qardaş ölkə seçməsinin qələbəsi ilə başa çatıb - 3:1.

    Qarşılaşmada hesabı 25-ci dəqiqədə Türkiyə millisinin heyətində Mərt Müldür açıb. 32-ci dəqiqədə gürcülər Jorj Mikautadzenin qolu ilə tarazlığı bərpa ediblər. 65-ci dəqiqədə Arda Gülər uzaq məsafədən qüvvətli zərbə ilə yenidən Türkiyə millisini hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90+7-ci dəqiqədə Kərəm Aktürkoğlu qoyub.

    Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Çexiya yığmaları üz-üzə gələcəklər.