XƏBƏRLƏR / İdman

"Qarabağ" və "Neftçi" dünya reytinqində gerilədi

Bu barədə IFFHS-nin rəsmi saytı xəbər verir

"Qarabağ" və "Neftçi" dünya reytinqində gerilədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

    IFFHS-nin rəsmi saytı xəbər verir ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

    Ötən ay 61-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 70-ci ola bilib.

    "Neftçi" və "Sabah" klubları da geriləyiblər. "Ağ-qaralar" 318-ci sıradan 340-a, "bayquşlar" isə 302-ci mövqedən 342-ci pilləyə düşüblər.

    Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (296 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 288 xalla ikincidirsə, Misirin "Əl-Əhli" (244) komandası üçüncü yerə yüksəlib.