Şahmatçılarımızın uğursuzluğu davam edir
Kişi və qadın yığmalarımız Budapeştdə keçirilən Ümumdünya Şahmat Olimpiadasında iştirak edirlər
Budapeştdə keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan şahmatçıları ardıcıl ikinci görüşdə məğlub olublar. Favorit Hindistana uduzduqdan (1:3) sonra komanda təvazökar Litvaya (1,5:2,5) məğlub olub.
Komandada yeganə qələbəni Şəhriyar Məmmədyarov qazanıb, Nicat Abasov və Maqomed Muradlı isə məğlub olub.
6 turdan sonra komanda 22-ci yeri tutur.
Qadınlardan ibarət Azərbaycan yığması indiyədək məğlubiyyətsiz çıxış edib. 6-cı turda Vyetnama qalib gələrək (2,5:1,5) 10 xalla 10-cu yerdədirlər.
Kişilərin və qadınların Olimpiadasında Hindistan komandaları liderlik edir.