“Qarabağ” bu gün İspaniyaya gedir
Komanda saat 18:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə yola düşəcək.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Atletik”lə (Bilbao) qarşılaşacaq “Qarabağ” bu gün İspaniyaya yollanacaq.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, komanda saat 18:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə yola düşəcək.
Ağdam təmsilçisi “Atletik” (Bilbao) önünə bir itki ilə çıxacaq. Hücumçu Musa Qurbanlı zədəlidir. Onun dizində ağrılar var və iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-si saat 20:45-də başlayacaq.