XƏBƏRLƏR / İdman

“Qarabağ” bu gün AvroLiqanın oyununa çıxır

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq

“Qarabağ” bu gün AvroLiqanın oyununa çıxır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində 4-cü tur oyununa çıxacaq.


    Qurban Qurbanovun komandasının rəqibi Leverkuzen "Bayer"i (Almaniya) olacaq.
     

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. 


    Bu komandalar arasında 3-cü tur görüşü "Bayer"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.


    H qrupunun digər matçında isə "Hekken" evdə "Molde" ilə üz-üzə gələcək.


    Avropa Liqası, qrup mərhələsi, 4-cü tur
     

    21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Leverkuzen, Almaniya) 

    Hakimlər: Kreyq Pouson, Simon Bennett, Lee Betts, Con Brooks

    Tofiq Bəhramov adına Respublika Stadionu.
     

    00:00. "Hekken" (İsveç) - "Molde" (Norveç)