"Atletik" Bilbao - "Qarabağ" oyununun hakimi məlum olub
Oyun oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq

"Atletik" Bilbao - "Qarabağ" oyununu xorvatiyalı baş hakim İqor Payaç idarə edəcək. Köməkçiləri - Boyan Zobenica və İvan Mixal, dördüncü hakim Zdenko Lovriç olacaq. Hakimlər briqadası Xorvatiyanı təmsil edir.
VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcək.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.