XƏBƏRLƏR / İdman

Klublarımızın dünya reytinqi açıqlanıb

İFFHS-in cədvəlində dünyanın ən yaxşı futbol klubları yer alıb

Klublarımızın dünya reytinqi açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Klubların dünya reytinqi açıqlanıb.

    İFFHS-in (Beynəlxalq futbol tarixi və statistikaları federasiyası) cədvəlində dünyanın ən yaxşı 507 klubu yer alıb.

    Azərbaycan siyahıda dörd klubla təmsil olunub. "Qarabağ" 183,75 xalla dünyanın 53-cü komandasıdır. Qurban Qurbanovun komandası ötən cədvəllə müqayisədə 5 pillə geriləyib.

    "Zirə" növbəti böyük sıçrayışa imza atıb. Qəsəbə klubu 15 pillə irəliləyib. Rəşad Sadıqovun yetirmələri 62,25 xalla 369-cudur.

    “Sabah” isə 17 pilləlik sıçrayışa nail olub. 60,75 xala malik Bakı təmsilçisi 388-cidir.

    "Neftçi" 59,25 xalla 403-cüdür. Bakılılar 5 pillə geriləyib.

    Qeyd edək ki, cədvələ "Mançester Siti" başçılıq edir – 401 xal.