XƏBƏRLƏR / İdman

Azərbaycan medal sıralamasında 25-ci pillədə qərarlaşıb

Siyahıya Çin başçılıq edir

Azərbaycan medal sıralamasında 25-ci pillədə qərarlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 25-ci pillədə qərarlaşıb.

    Hələlik yığmanın hesabında bir bürünc medal var.

    Parataekvondoçu Sabir Zeynalov (58 kq) ötən gün fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

    Siyahıya Çin (4 qızıl, 1 gümüş) başçılıq edir. Böyük Britaniya (2 qızıl, 3 gümüş, 1 bürünc) ikinci, İtaliya (2 qızıl, 2 bürünc, 5 bürünc) üçüncüdür.

    Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.