“Paris-2024”: Paraatıcımız finala vəsiqə qazana bilmədi
Kamran Zeynalov 10 metr məsafəyə atəşaçma yarışında qüvvəsini sınayıb
 
                                Azərbaycanın paraatıcısı Kamran Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
P1 kateqoriyasında çıxış edən idmançı 10 metr məsafəyə atəşaçma yarışında qüvvəsini sınayıb. Yarışda 559 xal toplayan K.Zeynalov 26 iştirakçı arasında 13-cü yeri tutub. O, bu nəticə ilə final mərhələsinə vəsiqə qazana bilməyib.
Təmsilçimiz sentyabrın 4-də P4 kateqoriyasında 50 metr məsafəyə atəşaçmada da bacarığını nümayiş etdirəcək.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            