XƏBƏRLƏR / İdman

"Qarabağ" bu gün "Linkoln"a qalib gəldi YENİLƏNİB

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqdə "Linkoln"la qarşılaşıb

"Qarabağ" bu gün "Linkoln"a qalib gəldi YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:55

    UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələn "Linkoln" (Cəbəllütariq) və "Qarabağ" komandaları arasında oyun başa çatıb.

    Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    "Qarabağ"ın qollarını 45+2-ci dəqiqədə Olavio Juninyo və 75-ci dəqiqədə Toral Bayramov vurublar.

    Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.

    ***

    10:19

    Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.

    Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqdə "Linkoln"la qarşılaşacaq.

    Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşün baş hakimi İştvan Vad (Macarıstan) olacaq.

    UEFA Çempionlar Liqası

    II təsnifat mərhələsi, ilk oyun

    20:00. "Linkoln" - "Qarabağ"

    Baş hakim: İştvan Vad (Macarıstan)

    Cəbəllütariq, “Europa Point Stadium”.

    Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.