XƏBƏRLƏR / İdman

“Paris-2024”: Lamiyə Vəliyeva Paralimpiya çempionu oldu

Paraatletimiz yeni dünya rekordunu müəyyənləşdirib

“Paris-2024”: Lamiyə Vəliyeva Paralimpiya çempionu oldu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 22:30

    Azərbaycan paraatleti Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

    T13 kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəni 11,76 saniyəyə qət edərək nail olub.

    Bununla da “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı yeni dünya rekordunu müəyyənləşdirib.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.

    ***

    13:40

    Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13) Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

    İdmançı buna təsnifat mərhələsində 100 metr məsafəni 11,81 saniyəyə qət edərək nail olub.

    Öz qrupunda birinci yeri tutan “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı şəxsi göstəricisini də yaxşılaşdırıb.

    Final mərhələsi bu gün Bakı vaxtı ilə saat 22:13-də keçiriləcək.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.