Rusiyalı David Əhmədov Maqnus Karlseni məğlub edib
14 yaşlı Əhmədov Soçi şəhərinin yetirməsidir

Rusiya şahmatçısı David Əhmədov “Title Tuesday” onlayn turnirində şahmat üzrə 16-cı dünya çempionu norveçli Maqnus Karlseni məğlub edib.
14 yaşlı rusiyalı ağlarla oynayıb və ikinci raundda Karlseni məğlub edib. Oyun 56-cı gedişdə başa çatıb.
Maqnus Karlsen 2013-2023-cü illərdə şahmat üzrə dünya çempionu olub. Daha sonra titulunu qorumaqdan imtina etdi və hazırkı çempion hindistanlı Qukeş Dommaracudur. Karlsenin reytinqi hazırda 2831-dir.