Türkiyəli nazir İrəvana gəlib
Mehmed Muharem Kasapoğlu Ermənistan-Türkiyə futbol matçını seyr edəcək
Türkiyə mətbuatının məlumatına görə, Türkiyənin gənclər və idman naziri Mehmed Muharem Kasapoğlu Ermənistan-Türkiyə futbol matçında iştirak etmək üçün İrəvana gəlib.
15 ildə ilk dəfə türkiyəli nazir Ermənistana səfər edib
Türkiyənin idman naziri Kasapoğlu 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan və Türkiyə milli komandaları arasında keçiriləcək futbol oyununda iştirak etmək üçün İrəvana gəlib. UEFA-nın xüsusi qərarı ilə türk azarkeşlər bu matça qatılmayacaq (Türkiyə xəbər saytı Star).