XƏBƏRLƏR / İdman

Avropa Oyunlarının bağlanış mərasimində bayraqdarımız

Açılış mərasimində Azərbaycanın bayraqdarı kamandan oxatma növü üzrə yarışan Yaylagül Ramazanova və qılıncoynadan Barat Quliyev olmuşdular

Avropa Oyunlarının bağlanış mərasimində bayraqdarımız
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • II Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarı bəlli olub.

    Bu vəzifəni Oyunların gümüş medalçısı və Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı, boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.

    Qeyd edək ki, açılış mərasimində Azərbaycanın bayraqdarı kamandan oxatma növü üzrə yarışan Yaylagül Ramazanova və qılıncoynadan Barat Quliyev olmuşdular.