XƏBƏRLƏR / İdman

Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı

İlham Əliyev müvafiq Sərəncam imzalayıb

Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat pul ayrılacaq.

    Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

    Xatırladaq ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.