XƏBƏRLƏR / İdman

Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı çıxış edir

Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı çıxış edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 idmançısı çıxış edəcək.

    Parataekvondoçu İmaməddin Xəlilov (K-44, 70 kq) 1/4 finalda yarışacaq.

    O, Kot d'İvuar və Kuba idmançılarının görüşünün qalibi ilə üz-üzə gələcək. 1/4 final döyüşü Bakı vaxtı ilə saat 14:35-də başlayacaq.

    Təsnifat mərhələsindən mübarizəyə başlayacaq Kamran Zeynalov (P1 kateqoriyası) isə 10 metr məsafəyə atəşaçmada iştirak edəcək. Bu mərhələyə Bakı vaxtı ilə 13:15-də start veriləcək. Paraatıcılıq üzrə final görüşləri 16:00-da başlayacaq.

    Paraatlet Oloxan Musayev F55 kateqoriyası üzrə nüvəitələmədə mübarizə aparacaq. Bu yarışa Bakı vaxtı ilə saat 21:05-də start veriləcək.

    Qeyd edək ki, Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (K-44, 58 kq) ötən gün bürünc medal qazanıb. Paralimpiada sentyabrın 8-də başa çatacaq.