XƏBƏRLƏR / İdman

"Paris-2024": Parataekvondoçumuz bürünc medal qazandı

Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanaka ilə qarşılaşıb

"Paris-2024": Parataekvondoçumuz bürünc medal qazandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

    K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenxamı sınağa çəkib.

    Rəqibinə 12:3 hesabı ilə qalib gələn S.Zeynalov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

    Bununla da Azərbaycan Paris Paralimpiadasında ilk medalını əldə edib.

    Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.

    ***

    17:04

    Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.

    K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda yaponiyalı Mitsuya Tanaka ilə qarşılaşıb.

    Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.

    Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.