“Paris-2024”: Azərbaycan idmançısı Paralimpiya çempionu olub
İmaməddin Xəlilov həlledici görüşdə türkiyəli Fatih Çeliklə qarşılaşıb
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.
K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə türkiyəli Fatih Çeliklə qarşılaşıb.
Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız Paralimpiya çempionu olub.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində daha əvvəl digər parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.
***
30.08.2024
21:49
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə özbəkistanlı Javokhir Alikulovla qarşılaşıb.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn dünya və Avropa çempionumuz adını finala yazdırıb.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.
***
15:26
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.
K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda kubalı Suares Uolker Me ilə qarşılaşıb.
Rəqibinə qalib gələn İ.Xəlilov yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.