“Sabah” “Slaviya”ya 2:0 hesabıyla qalib gəldi
Bayquşlar Çempionlar Liqasında ilk qollarını vurdu və ilk 3 xalını aktivinə yazdı
Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda ilk qələbəsini qazanıb.
Bakı klubu doğma meydanda Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib.
Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada hesabı 49-cu dəqiqədə Kahim Parris açıb. Görüşün 88-ci dəqiqəsində isə Coy-Lens Mikels fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.
Beləliklə, “Sabah” Çempionlar Liqasının liqa mərhələsində ilk üç xalını qazanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə məğlub olmuşdu. “Slaviya” isə Fransanın “Lans” komandasına 2:3 hesabı ilə uduzmuşdu.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr
20:45. “Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya) 2:0
Qollar: K. Parris, 49, C.-L. Mikels, 88.
1 dəqiqə