XƏBƏRLƏR / İdman

Bu gün "Neftçi" - "Qarabağ" oyunu keçiriləcək

Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu baş tutacaq

Bu gün "Neftçi" - "Qarabağ" oyunu keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.

    IX turun daha iki oyunu baş tutacaq.

    İlk olaraq "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. Rəqiblərindən bir görüş az keçirən "gənclik şəhəri" təmsilçisi səkkiz xalla 7-ci, Gəncə klubu isə beş xalla sonuncu-10-cu pillədə qərarlaşıb.

    Tur "Neftçi" və "Qarabağ" arasında keçiriləcək Azərbaycan derbisi ilə başa çatacaq. "Köhlən atlar" 16 xalla üçüncü, "ağ-qaralar" 12 xalla beşinci sıradadır.

    8 oktyabr (bazar)

    16:30. “Sumqayıt” – “Kəpəz”
    Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
    Hakim-inspektor: Orxan Məmmədov
    AFFA nümayəndəsi: Rüfət Əmirov
    “Kapital Bank Arena”

     

    19:30. “Neftçi”– “Qarabağ”
    Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev
    Hakim-inspektor: Babək Quliyev
    AFFA nümayəndəsi: Elçin Məmmədov
    “Neftçi Arena”

    Qeyd edək ki, IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.