XƏBƏRLƏR / İdman

Minifutbol üzrə millimiz Avropa çempionu oldu VIDEO

Elşad Quliyevin başçılıq etdiyi komanda bu titulu 2-ci dəfə qazanır

Minifutbol üzrə millimiz Avropa çempionu oldu VIDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında final oyununu keçirib.

    Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. "Tipos Arena"da keçirilən qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub. Komandanın qollarını Mirmehdi Rzayev və İsa Atayev vurublar. VIDEO

    Qeyd edək ki, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğudur. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.

    Xatırladaq ki, Azərbaycan millisi yarımfinal matçında Serbiyanı penaltilər seriyasında 3-1 hesabı ilə məğlub etmişdi. Əsas vaxtda 1-1 hesabı ilə başa çatan oyunda F qrupunda Avstriya (1-0), İtaliya (3-0) və Fransa (3-2) komandalarını məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3-2), 1/4 finalda isə Çexiyanı (5-2) məğlub etmişdi.