XƏBƏRLƏR / İdman

Tomas Bax İlham Əliyevə təşəkkür etdi

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanın sədrlik etdiyi və BMT-nin 193 üzv dövlətindən 120-ni birləşdirən Qoşulmama Hərəkatının Bakı Bəyannaməsini alqışlayıb

Tomas Bax İlham Əliyevə təşəkkür etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • BOK-un prezidenti Tomas Bax Bəyannamənin qəbulunda göstərdiyi təşəbbüsə görə Prezident İlham Əliyevə təşəkkür edib.

    Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycanın sədrlik etdiyi və BMT-nin 193 üzv dövlətindən 120-ni birləşdirən Qoşulmama Hərəkatının Bakıda qəbul olunan Bəyannaməsini alqışlayıb.

    BOK prezidenti Tomas Bax göstərdiyi dəstəyə görə Qoşulmama Hərəkatına minnətdarlıq edib.

    “BOK Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin dəstəyini ürəkdən alqışlayır. Olimpiya Oyunlarının birləşdirici missiyasına bu güclü bağlılıq bizi çox ruhlandırır. Bu mühüm qətnamənin qəbulunda göstərdiyi təşəbbüsə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - deyə T.Bax vurğulayıb.

    Yekdilliklə qəbul edilən Bəyannamədə vurğulanır ki, “Paris-2024” Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 Milli Olimpiya Komitəsinin idmançılarının iştirakı bəşəriyyətin birliyinin güclü rəmzi olacaq.