“Zirə” Tovuzda “Kəpəz”i məğlub edib
Oyun Misli Premyer Liqasının XXXII turu çərçivəsində keçirilib

Misli Premyer Liqasının XXXII turunda “Zirə” səfərdə “Kəpəz”i məğlub edib.
Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.
Artıq ilk "üçlük"dəki yerini təmin etmiş "Zirə" bu nəticədən sonra 64 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.
Qeyd edək ki, turun daha əvvəl baş tutan “Turan Tovuz” - “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə bitib.
Tura aprelin 28-də yekun vurulacaq.
***
10:32
Misli Premyer Liqasının XXXII turunda bu gün “Kəpəz” “Zirə” ilə qarşılaşacaq.
Görüş Tovuz şəhər stadionunda, saat 19:00-da başlayacaq.
Matçın baş hakimi Əliyar Ağayev olacaq. “Zirə” hazırda 61 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.
Misli Premyer Liqası
IV dövrə, XXXII tur
26 aprel
19:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun ötən gün baş tutan “Turan Tovuz” - “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə bitib.
XXXII tura aprelin 28-də yekun vurulacaq.