Türkiyə klubunun voleybolçusu evində ölü tapılıb
Pilar Mari Viktoriya Lopes əslən Puerto-Rikodan olub
Türkiyənin "Nilufər Bələdiyəspor" klubunun puerto-rikolu voleybolçusu Pilar Mari Viktoriya Lopes naməlum şəraitdə dünyasını dəyişib.
Türkiyə mətbuatı yazır ki, idmançı məşqə gəlmədiyindən "Nilufər Bələdiyəspor"un nümayəndələri onun evinə gedib.
28 yaşlı voleybolçunun cəsədini evində tapıblar. İlkin ehtimala əsasən, yuxusuzluq problemi yaşadığı üçün idmançı yatmamışdan əvvəl dərman qəbul edib.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. Lopesin ölümünün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.