XƏBƏRLƏR / İdman

“Qarabağ” tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb

Hesab 3-2 "Braqa"nın xeyrinə olub

“Qarabağ” tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

    Ağdam təmsilçisi doğma meydanda Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gəlib.

    Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

    Ağdam klubu 57-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hesab isə 70-ci dəqiqədə açılıb. Rocer Fernandes braqalıları önə keçirib. 83-cü dəqiqədə Alvaro Calo ikinci topu Azərbaycan çempionunun qapısından keçirib. Əsas vaxtda başqa qol olmayıb və ümumi hesab bərabərləşib - 4:4. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 103-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Mateus Silva fərqi minimuma endirib - 1:2. Qonaqlar 115-ci dəqiqədə Simon Banzanın penaltidən vurduğu qolla komandasının üstünlüyünü yenidən artırıb. Matçda son nöqtəni isə 120+2-ci dəqiqədə Nəriman Axundzadə qoyub.

    Səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.

    00:00

    Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab matçında 3-cü qol vurulub.

    103-cü dəqiqədə Ağdam təmsilçisinin müdafiəçisi Mateus Silva hesab arasındakı fərqi minimuma endirib - 1:2.

    23:42

    Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab matçında əlavə vaxt oynanılacaq.

    Buna matçın əsas vaxtının qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatması səbəb olub.

    İlk görüşdə Ağdam təmsilçisi rəqibini 4:2 hesabı ilə məğlub edib.

    Ümumi hesab bərabərləşdiyindən qalib əlavə vaxtda, ehtiyac yaranarsa, penaltilər seriyasında müəyyənləşəcək.

    23:30

    Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ikinci qol vurulub.

    Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın 83-cü dəqiqəsində qonaqların futbolçusu Alvaro Calo növbəti topu Ağdam təmsilçisinin qapısından keçirib.

    23:20

    Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın 70-ci dəqiqəsində Rocer Fernandes qonaqları hesabda önə keçirib.

    22:54

    Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ikinci hissə başlayıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın ilk yarısında qapılara qol vurulmayıb.

    22:36

    Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

    21:45

    Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında cavab oyunu başlayıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də start götürüb.

    Qeyd edək ki, Portuqaliyadakı ilk matçda "Qarabağ" 4:2 hesablı qələbə qazanıb.