XƏBƏRLƏR / İdman

“Qarabağ” – “Braqa” oyununa bütün biletlər satılıb

Tofiq Bəhramov adına Respublika Stadionunun tutumu 31 200 tamaşaçıdır

“Qarabağ” – “Braqa” oyununa bütün biletlər satılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.

    Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç üçün satışa çıxarılmış biletlərin hamısı alınıb.

    Qeyd edək ki, bu gün reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.