Cüdoçumuz Fərid Rzazadə gənclər arasında dünya çempionu oldu
Dünya Cüdo Çempionatı Ekvadorda keçirilir
Azərbaycanlı cüdoçu Fərid Rzazadə gənclər arasında dünya çempionu olub.
50 kq çəki dərəcəsində yarışan Fərid Rzazadə Quayakildə (Ekvador) keçirilən Dünya Cüdo Çempionatında qızıl medal qazanıb.
Çempionluğa gedən yolda Azərbaycan idmançısı Türkiyə, Qazaxıstan və Braziliyadan olan rəqiblərini məğlub edib. Finalda Rzazadə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edib.
1 dəqiqədən az