UEFA Konfrans Liqası:“Sabah” və “Araz-Naxçıvan”ın ilk oyunu
İki klubumuz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda yunan "Aris"i və Moldova “Petrosub”u ilə qarşılaşacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün “Sabah” və “Araz-Naxçıvan” ilk oyununu keçirəcək.
"Araz-Naxçıvan" Bakıda yunan "Aris"i ilə qarşılaşacaq.
Matç saat 20:00-da "Dalğa Arena" stadionunda baş tutacaq. Oyunu rumıniyalı FİFA referisi Andrey Çivulete idarə edəcək.
“Sabah” səfərdə Moldova “Petrosub”u ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da Kişinyovdakı "Zimbru" stadionunda baş tutacaq. Qarşılaşmanı israilli baş hakim Qal Leybovits idarə edəcək.
İyulun 31-də UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.