XƏBƏRLƏR / İdman

İspaniya yığması futbol üzrə Avropa çempionu oldu

Finalda ispanlar İngiltərə millisinə 2:1 hesabı ilə qalib gəldilər

İspaniya yığması futbol üzrə Avropa çempionu oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində İspaniya və İngiltərə milli komandaları qarşılaşıb.

    Oyunun 47-ci dəqiqəsində Niko Uilyams İspaniya millisini hesabda önə çıxarıb.

    Qarşılaşmanın 73-cü dəqiqəsində isə Koul Palmer matçda tarazlığı bərpa edib.

    86-cı dəqidə isə Mikel Oyarzabal ispanları hesabda yenidən önə keçirib.

    Final qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Bununla da İspaniya milli komandası tarixdə dördüncü dəfə Avropa çempionu olub.