XƏBƏRLƏR / İdman

Bakıda voleybol üzrə Avropa çempionatının oyunları başlayır

Saat 19:00-da Azərbaycan və Portuqaliya milli komandaları arasında ilk oyun baş tutacaq

Bakıda voleybol üzrə Avropa çempionatının oyunları başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Bakının ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına start veriləcək.

    Milli Gimnastika Arenasında təşkil olunacaq açılış mərasimi saat 18:15-də başlayacaq. Mərasimdən sonra, saat 19:00-da Azərbaycan və Portuqaliya milli komandaları arasında ilk oyun baş tutacaq.

    Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 21 avqust – 6 sentyabr tarixlərində Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.

    C qrupunda (21-28 avqust) Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya yığmaları mübarizə aparacaq.