XƏBƏRLƏR / İdman

Bu gün "Qarabağ" - "Kəpəz"qarşıdurmasıdır

Azərbaycan Premyer Liqasında II tura bu gün start veriləcək

Bu gün "Qarabağ" - "Kəpəz"qarşıdurmasıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Premyer Liqasında bu gün II tura start veriləcək.

    İlk oyun günündə bir qarşılaşma baş tutacaq.

    Son ölkə çempionu "Qarabağ" "Azərsun Arena"da "Kəpəz"i qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

    İlk turda "Qarabağ" "Araz Naxçıvan"ı 4:1 hesabı ilə üstələyib. "Kəpəz" isə səfərdə "Sumqayıt"a yenilib - 0:2.

    Azərbaycan Premyer Liqası

    II tur

    20:00. "Qarabağ" - "Kəpəz"

    "Azərsun Arena".

    Qeyd edək ki, II turun qalan matçları 10-11 avqustda keçiriləcək.