XƏBƏRLƏR / İdman

Türk voleybolçuları bürünc medal uğrunda mübarizə aparacaq

Onlar "Paris-2024" Olimpiya Oyunlarının yarımfinalında İtaliyaya 3:0 hesabı ilə uduzublar

Türk voleybolçuları bürünc medal uğrunda mübarizə aparacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bürünc medal uğrunda görüşdə "Şəbəkə Sultanları" mübarizə aparacaq

    "Paris-2024" Olimpiya Oyunlarının yarımfinalında İtaliyaya 3:0 hesabı ilə uduzan Türkiyə Qadın Voleybol Milli Komandası avqustun 10-u, şənbə günü bürünc medal uğrunda Braziliya ilə qarşılaşacaq.

    Xatırladaq ki, "Paris-2024" Olimpiya Oyunlarında voleybol bölməsinin yarımfinalında Fransanın paytaxtı Parisdəki Cənubi Paris Arenasında Türkiyənin Qadın Voleybol Milli Komandası ilə İtaliya qarşılaşıb.

    25-22, 25-19 və 25-22 setləri ilə İtaliya 3-0 hesabı ilə qalib gəlib.

    İtaliya Braziliyanı məğlub edərək finala yüksələn ABŞ-la qızıl medal uğrunda mübarizə aparacaq.