XƏBƏRLƏR / İdman

"Liverpul"-"Qarabağ" oyununu slovakiyalı hakim idarə edəcək

Yanvarın 28-dən 29-na keçən gecə "Liverpul" - "Qarabağ" oyunudur

"Liverpul"-"Qarabağ" oyununu slovakiyalı hakim idarə edəcək
İvan Krujlyak
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:02

    İngiltərədə "Liverpul" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyununun baş hakimi açıqlanıb.

    Matçı slovakiyalı İvan Krujlyak idarə edəcək.

    Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

    ***

    12:09

    İngiltərənin "Liverpul" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyunu üçün "Qarabağ"a ayırdığı biletlər tükənib.

    Bu barədə Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

    Səfərdə baş tutacaq qarşılaşmada "köhlən atlar"ı təxminən 1250 azarkeş dəstəkləyəcək.

    Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu gün, saat 15:00-da İngiltərəyə yollanacaq.

    Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.