XƏBƏRLƏR / İdman

"Neftçi" bu gün Yunanıstan klubu ilə qarşılaşacaq

Qarşılaşma Keltse şəhərində təşkil olunacaq

"Neftçi" bu gün Yunanıstan klubu ilə qarşılaşacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Neftçi” Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün “Asteras”la (Yunanıstan) növbəti yoxlama oyununu keçirəcək.

    Qarşılaşma Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq.

    Bakı vaxtı ilə saat 17:00-da start götürəcək görüş tərəflərin istəyinə əsasən canlı yayımlanmayacaq.

    Qeyd edək ki, İsrailin "Hapoel" (Tel-Əviv) (1:1) və Poşanın “Termalika" (2:2) komandaları ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.