XƏBƏRLƏR / İdman

Prezidentin nəvəsi Əminə Əliyeva dünya çempionu olub

Turnir İtaliyanın Peruca şəhərində təşkil edilib

Prezidentin nəvəsi Əminə Əliyeva dünya çempionu olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva kunq-fu üzrə dünya çempionatında uğurla çıxış edib.

    Azərbaycan Kunq-Fu Federasiyasından verilən məlumata görə, milli komandanın 11 yaşlı üzvü Əminə Əliyeva İtaliyanın Peruca şəhərində təşkil edilən turnirdə ölkəmizi layiqincə təmsil edib və dünya çempionu olub.