XƏBƏRLƏR / İdman

"Qarabağ" bu gün səfərdə "Benfika" ilə oynayacaq

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv əsas mərhələdə ilk oyununa çıxır

"Qarabağ" bu gün səfərdə "Benfika" ilə oynayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa bu gün çıxacaq. 

    Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Portuqaliyada "Benfika"nın qonağı olacaq.

    Qarşılaşma "Eştadiu da Luş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi belçikalı FIFA referisi Erik Lambrexts olacaq.

    UEFA Çempionlar Liqası

    Liqa mərhələsi

    I tur

    16 sentyabr

    23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)

    Baş hakim: Erik Lambrexts (Belçika).

    Lissabon, "Eştadiu da Luş" stadionu

    Qeyd edək ki, Azərbaycan çempionu II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.