Azərbaycan millisi Ukrayna ilə qollu heç-heçə edib YENİLƏNİB
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başa çatıb.
Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar.
Rəqibin heyətində 51-ci dəqiqədə Georgi Sudakov fərqlənib. Azərbaycan yığmasının qoluna isə 72-ci dəqiqədə kapitan Emin Mahmudov penaltidən imza atıb.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.
***
21:33
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 72-ci dəqiqəsində komandamızın heyətində Emin Mahmudov fərqlənib – 1:1.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.
***
21:15
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda hesab açılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 51-ci dəqiqəsində rəqibin heyətində Georgi Sudakov fərqlənib.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.
***
21:07
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ikinci hissə başlayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün ilk yarısından sonra hesab açılmayıb.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.
***
20:50
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ilk hissə başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə komandalar fasiləsinə qolsuz heç-heçə ilə yollanıblar.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.
***
20:00
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:00-da start götürüb.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.