"Qarabağ" "Benfika" ilə qarşılaşmaq üçün Lissabona gəlib
Oyun sentyabrın 16-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

"Qarabağ"ın futbolçuları sentyabrın 16-da Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda məşhur "Benfika" ilə qarşılaşacaqları Lissabona gəlib.
Bu gün Bakı vaxtı ilə saat 22:30-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Da Luz" stadionunda mətbuat konfransı başlayacaq.
Oyun sentyabrın 16-da saat 23:00-da başlayacaq. Qarşılaşmanı Erik Lambrextsin başçılıq etdiyi Belçikadan olan hakimlər briqadası idarə edəcək.
Əsas komanda ilə yanaşı, UEFA Gənclər Liqasında çıxış edəcək “Qarabağ”ın U-19 futbolçuları da Portuqaliyaya yollanıb. Onların Benfikadan olan həmyaşıdlarına qarşı oyunu da çərşənbə axşamı baş tutacaq və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.