"Qarabağ"ın rəqibi "Bayer" 1/4 finalda "West Ham"lə düşdü
UEFA Avropa Liqasında 1/4 və 1/2final oyunlarının püşk atma mərasimi geçirildi
Püskatma nəticəsində "Qarabağ"ın rəqibi "Bayer Leverkusen" 1/4 finalda İngiltərənin "West Ham" klubu ilə oynayacaq. Bu cütlüyün qalibi yarımfinalda "Milan" - "Roma" cütünün qalibi ilə görüşəcək.
Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
Püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.
Püşkatmanın qalan nəticələri:
1/4 final
11-18 aprel
"Milan" - "Roma"
"Liverpul" - "Atalanta"
"Bayer Leverkuzen" - "Vest Hem"
"Benfika" - "Marsel"
Yarımfinal
2-9 May
"Benfika" - "Marsel" cütünün qalibi / "Liverpul" - "Atalanta" cütünün qalibi
"Milan" - "Roma" cütünün qalibi / "Bayer Leverkuzen" - "Vest Hem" cütünün qalibi
Avropa Liqasında qalan turların təqvimi belədir:
Qeyd edək ki, "Benfika" - "Marsel" / "Liverpul" - "Atalanta" yarımfinal cütünün qalibi 22 may tarixində keçiriləcək finalın nominal ev sahibi olacaq.