"Neftçi"nin yunan klubu ilə yoxlama oyunu baş tutmayıb
Matç Bakı vaxtı ilə saat 19:00-da start götürməli idi

“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün “Asteras” (Yunanıstan) ilə keçirməli olduğu yoxlama oyunu ləğv olunub.
Keltse şəhərindəki "Pilkarski" stadionunda təşkili planlaşdırılan qarşılaşma güclü leysan səbəbindən təxirə salınıb.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:00-da start götürməli idi.