XƏBƏRLƏR / İdman

Güləşçimiz Ayxan Cavadov ikinci dəfə dünya çempionu oldu

Bratislavada yunan-roma üzrə U20 Dünya Çepionatı başa çatıb

Güləşçimiz Ayxan Cavadov ikinci dəfə dünya çempionu oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanlı yunan-Roma güləşçisi Ayxan Cavadov finalda Dostonbek Oripovu 4-1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə 20 yaşadək güləşçilər arasında Dünya Çempionatının qalibi olub.

    Elmin Əliyev (82 kq) Türkiyə güləşçisi İsmayıl Bereki 7-1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Zəhra Kərimzadə (72 kq) bürünc medal uğrunda görüşdə Rusiya güləşçisinə uduzaraq beşinci yeri tutub.

    Azərbaycan komandası beş medal qazanıb: bir qızıl, bir gümüş və üç bürünc.