XƏBƏRLƏR / İdman

Voleybol üzrə Avropa çempionatının maskotları seçilib

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib

Voleybol üzrə Avropa çempionatının maskotları seçilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cırtdan və Göyçək Fatma 2026-cı ildə qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının maskotları olacaqlar.

    Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Nağıl qəhrəmanları yarış zamanı tribunalarda yer alacaqlar. Onların təkcə yarışın maskotları deyil, həm də ölkənin zəngin mədəni irsinin, milli nağıllarının və qonaqpərvərliyinin simvolu olacaqları bildirilib.

    Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.