"Atletik" Bilbao - "Qarabağ" oyununun təxmini heyətləri
Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq

Bu gün Azərbaycanın "Qarabağ" klubu Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununu keçirəcək.
Qurban Qurbanovun komandası səfərdə İspaniyanın “Atletik” klubunun qonağı olacaq.
20:45
ATHLETİK (İspaniya) vs. Qarabağ (Azərbaycan)
Bilbao, San Mames Stadionu. Baş hakim: İqor Pajaç (Xorvatiya).
"Qarabağ" (təxmini heyət): Mateuş Köçalski, Kevin Medina, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Mateus Silva, Pedro Bicalho, Marko Yankoviç, Kadi, Abdellah Zubir, Leandro Andrade, Camilo Duran.
"Atletik" (ehtimal olunan heyət): Unai Saymon, Yuri Berçiçe, Dani Vivian, Aymerik Laport, Xesus Arezo, Mikel Jaureguizar, İniqo Ruiz de Qalarreta, Niko Uilyams, İnyaki Uilyams, Oyan Sunset, Qorka Quruseta.
“Qarabağ” bundan əvvəl Çempionlar Liqası mərhələsində Portuqaliyanın “Benfika” (3:2) və Danimarkanın “Kopenhagen” (2:0) klubları ilə qarşılaşıb. Hazırda ağdamlılar 6 xalla ümumi cədvəlin 10-cu pilləsində qərarlaşıb.