Avqustun 27-29-da Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək.
Güləş Federasiyasından verilən məlumata görə, hər iki yarış “Sea Breeze” istirahət mərkəzində təşkil ediləcək.
Avqustun 27-də baş tutacaq U-17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparacaq. Oğlanlar arasında 60, 70, 80 və 90, qızlar arasında isə 45, 55, 65 və 75 kiloqramda qaliblər müəyyənləşəcək.
Avqustun 28-29-da isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi keçiriləcək. Yarışda 60-dan çox idmançı qüvvəsini sınayacaq. Kişilər 70, 80, 90 və +90, qadınlar isə 50, 60, 70 və +70 kiloqramda çıxış edəcəklər.
Ümumilikdə 34 ölkədən 200-dən artıq idmançı Xəzər dənizinin sahilində uğur qazanmağa çalışacaq.
1 dəqiqə