XƏBƏRLƏR / İdman

Azərbaycanın sərbəst güləşçisi dünya çempionu olub

Serbiyada U23 dünya çempionatı keçirilir

Azərbaycanın sərbəst güləşçisi dünya çempionu olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatı sona yaxınlaşır.

    Sərbəst güləş üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.

    Kənan Heybətov (70 kiloqram) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabı ilə qalib gələn Kənan ilk dəfə U-23 dünya çempionu olub.

    Xetaq Karsanov (125 kiloqram) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.