XƏBƏRLƏR / İdman

“Qarabağ” səfərdə “Twente”yə qalib gəldi

Cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək

“Qarabağ” səfərdə “Twente”yə qalib gəldi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 23:54
    TWENTE (Hollandiya) – QARABAĞ (Azərbaycan) - 0:1 (0:0)
    Kadi, 52 (0:1)

    Enschede, De Grols Veste Stadionu.
    Baş hakim: Eugene Jaya (Albaniya).

    Qapıya zərbələr: 20 (6) – 7 (4)
    Künc zərbələr: 5-3
    Ofsaydlar: 1-1
    Sarı vərəqələr: 5-2
    Qırmızı vərəqələr: 0-0
    Qayda pozuntuları: 13-4

    Komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.


    ***

    10:45
    Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyuna çıxacaq.

    Ağdam klubu Niderlandın “Tvente” komandasının qonağı olacaq. Oyun Ensxede şəhərindəki “Qrols Veste” stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

    Matçı Albaniyadan olan baş hakim Yucin Caya idarə edəcək.

    Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.