Fernandu Santuş milliyə kimləri dəvət edib?
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində oyunlara başlayır
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda İsveç və Slovakiya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Baş məşqçi Fernandu Santuş C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də İsveç , 8-də isə Slovakiya milli komandasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib:
Qapıçılar:
Mehdi Cənnətov, Rza Cəfərov, Yusif İmanov
Müdafiəçilər:
Amin Seydiyev, Qismət Alıyev, Abbas Hüseynov, Şəhriyar Əliyev, Rahil Məmmədov, Bədavi hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev
Yarımmüdafiəçilər:
Elvin Camalov, Coşqun Diniyev, Aleksey İsayev, Xəyal Nəcəfov, Emil Mustafayev, Emin Mahmudov, Ceyhun Nuriyev, Ozanca Kökçü, Toral bayramov, Ramil Şeydayev
Hücumçular:
Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Renat Dadaşov
Qeyd edək ki, komandamızın təlim-məşq toplanışı sentyabrın 2-də başlayacaq.
Məşqlər "Qarabağ Arena"da keçiriləcək. Sentyabrın 4-də saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oyunqabağı son məşq olacaq.
Sentyabrın 6-da isə millimiz Slovakiya ilə matç üçün Koşitseyə yola düşəcək.